Roberto Bordin: Psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza mənfi təsir edir

“Neftçi”nin baş məşqçisi Roberto Bordin premyer liqanın 5-ci turunda “Keşlə” ilə oyuna şərh verib. Allsport.az saytı xəbər verir ki, italiyalı mütəxəssis xal itkisinin yalnız psixoloji gərginliklə bağlı olduğunu deyib:

“İlk hissədə qırmızı vərəqə alanadək yaxşı oynayırdıq. Tam heyətlə mübarizə aparanda sanki bir az qorxu var idi, tam güclə irəli atıla bilmirdik. Qəribədir ki, 10 nəfərlə daha yaxşı oyun nümayiş etdirdik. İkinci hissədə yaxşı müdafiə olunduq. Rəqib, demək olar, bütövlükdə hücuma atılmışdı.

Qapıçımız Sezar Meza Kollinin zərbəsini yaxşı qaytardı. Bizim də qol imkanlarımız oldu, qələbə də qazana bilərdik. Lakin Namikin, Eminin və Dabonun qol epizodlarında fərqlənə bilmədik. Təəssüf ki, psixoloji təzyiq ilk dəqiqələrdən oyunumuza mənfi təsir edir. Hər dəfə neqativ hal baş verməlidir ki, komandam ayılsın. Bunun üçün ya qol buraxmalıyıq, ya da qırmızı vərəqə almalıyıq”.

Həmin kateqoriyadan