- Baxış sayı: 52
- 12 Dekabr 2025 23:40
- Baxış sayı: 549
- Dekabr 12, 2025
- 0

Premyer liqanın 12-ci turunda keçirilmiş “Neftçi” – “Qəbələ” oyunundan sonra təşkil olunan mətbuat konfransında “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin fikirlərini bölüşüb.
Allsport.az xəbər verir ki, italiyalı mütəxəsis qələbəni şərh edib:
“Komandanın oyunundan razı qaldım. Futbolçular matça düzgün yanaşdılar. Son məğlubiyyətdən nəticə çıxarmışdıq. Qələbə çox vacib idi. Amma yaxşı oyun bundan daha önəmli idi. İlk dəqiqələrdən yaxşı çıxış etdik və layiqli qələbə qazandıq. Futbolçularımı təbrik edirəm”.