- Baxış sayı: 37
- 31 Mart 2026 21:42
- Baxış sayı: 783
- Mart 30, 2026
- 0

“Neftçi” premyer liqanın 8-ci turunda evdə “Zirə”ni 3:0 məyus etdi. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra “ağ-qaralar”ın baş məşqçisi Roberto Bordin bunu dedi:
“Qələbə yarış cədvəlində mövqeyimizi daha yaxşılaşdırmaq baxımından vacib idi. Böyük hesabla qalib gəldik. Amma Platellasla Rauf da fəqrlənə bilərdi. Uğur zolağını bundan sonra da davam etdirməyə çalışacağıq.
Əsas məqam odur ki, təhlükəli vəziyyətlər yarada bilirik. Çoxlu qol məqamlarının əldən verilməsi futbolçuların hesabın 2:0 olmasından görə arxayınçılığından irəli gəlir”.