Roberto Mançini «Qarabağ»ın qolunu təbəssümlə qarşılayıb

Avroliqanın qrup mərhələsinin «F» qrupunda dünən keçirilmiş «Qarabağ» – «İnter» matçında bir məqam xüsusi diqqət çəkib. Allsport.az saytının məlumatına görə, oyunun son dəqiqəsində ev sahiblərinin vurduğu qolu, rəqibin baş məşqçisi Roberto Mançini təbəssümlə qarşılayıb.

İtaliyanın məşhur «La Gazzetta Dello Sport» nəşrinə açıqlama verən mütəxəssis etiraf edib ki, «Qarabağ» pley-offa çıxmağa çox çalışdığından, onlarla görüşə bütün gücünü ortaya qoyub.

Üstəlik, qələbə qazanmağa «İnter»dən daha istəkli olub. Belədə, ünlü futbolçu 94-cü dəqiqədə avtoqolu, Almeydanın vurduğu topun Donkora dəyərək, qapıdan içəri keçməsini və «Qarabağ»ın futbolçularının meydana sığmayan çılğın sevincini təbəssümlə qarşılayıb.

Həmin kateqoriyadan