“Roma” – “Real Sosyedad” matçında dəhşətli hadisə baş verib

Avropa liqasının “Roma” – “Real Sosyedad” matçında ispaniyalı azarkeş tribunada ilişib və barmağı kəsilib.

Allsport.az xəbər verir ki, liqanın 1/16 final mərhələsinin ilk oyununda “Olimpiko” stadionunda görüşdən əvvəl bəzi ispaniyalı azarkeşlər meydançaya daha yaxşı baxmaq üçün yerlərini dəyişiblər. Bu zaman bir kişi fanatın barmağı tribunada ilişib və qopub.

Tərəfdar ilişib qaldığı yerdən dərhal xilas edilib. O, həyat yoldaşı ilə birlikdə stadiondakı tualetə qaçıb. Həmin vaxt digər fanatlar kəsilmiş barmağı taparaq yaralıya aparıblar. İspaniyalı həyat yoldaşı ilə birlikdə xəstəxanaya gedərək əməliyyat olunub və barmaq yenidən əlinə tikilib.

Həmin kateqoriyadan