- Baxış sayı: 38
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turunun “Qəbələ” – “Borussiya” (Dortmund, Almaniya) oyunundan sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az ukraynalı mütəxəssisin fikirlərini sizlərlə bölüşür:
“Komandamıza hörmətlə yanaşıb, oyuna əsas heyətlə çıxdığı üçün “Borussiya”ya təşəkkür edirəm. Bu qarşılaşmada Avropanın top-komandasının səviyyəsi hiss olundu. Belə matç bizim üçün faydalı oldu. “Borussiya” ilə matçdan sonra daha da güclü olduq. Rəqibimizin cari mövsüm keçirdiyi bütün oyunlara baxmışam. Onların rəqiblərindən heç biri bu qədər təhlükəli vəziyyəti yaratmayıb.
Bu imkanlardan yararlana bilmədiyimiz üçün təəssüflənirəm. Belə oyun nümayiş etdirdikləri üçün futbolçularımla fəxr edirəm. Matçın əvvəlində yaratdığımız qol imkanlarından istifadə etsəydik, oyunun necə bitəcəyini söyləmək çətindir. Dortmundlular topa daha çox nəzarət edirdi.
Almaniya təmsilçisinin səviyyəsinin çox yüksək olduğunu gördük. Bu üzdən “Borussiya” ilə Dortmunddakı görüş çox çətin olacaq. Amma qarşıdakı matçlarda müsbət nəticə qazanıb, qrup mərhələsindən 1/16 finala yüksələ bilərik. Düşünürəm ki, 3 oyunda 9 xal yığmaq mümkündür”.