- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda baş tutacaq “Maribor” (Sloveniya) – “Qəbələ” qarşılaşmasından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Allsport.az saytı sizi ukraynalı mütəxəssisin fikri ilə tanış edir:
“Maribor”u tam təhlil etdikdən sonra, Bakıdakı ilk qarşılaşmada gözlədiyimiz komanda gördük. Rəqib çox ciddi, təcrübəli, yaxşı təşkilatlanmış, sadə dillə desək, futbol oynamağı bacaran komandadır. Belə ehtimal edirəm ki, Sloveniya klubu öz meydanında daha güclü oynayacaq.
Çünki onların güclü azarkeş dəstəyi olacaq. Bu, onlar üçün əlavə müsbət məqamdır. Bizim futbola yanaşmada, fəlsəfəmizdə müdafiə oyunu, öz qapısına qapanma yoxdur. Biz müdafiə olunmuruq. Sabah da buna sadiq qalacaq, hücum edəcəyik. Bilirik ki, rəqibin də ciddi hədəfləri var. Bu da o deməkdir ki, sabah meydanda maraqlı futbol izləniləcək”.