Roman Qriqorçuk: “Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Simurq”a qarşı keçirdikləri oyunu şərh edib. Allsport.az xəbər verir ki, bölgə təmsilçisinin ukraynalı çalışdırıcısı 0:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Bizim üçün uğursuz gün oldu. Hətta buraxdığımız qolları analiz etmək belə çətindir. Futbol həyatımda belə bir uğursuz gün yadıma gəlmir. Düzdür, bizim qol vurmaq şanslarımız da oldu. Amma yararlana bilmədik. Düşünürəm ki, futbolçularım “Qarabağ”la oyundan sonra yorğun idilər. Nəticədə futbolçular düzgün qərar verə bilmirdilər”.

Həmin kateqoriyadan