- Baxış sayı: 39
- 22 Noyabr 2024 16:28
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Avropa Liqasının 2-ci ələməsinin cavab oyununda “Qəbələ” evdə MTK (Macarıstan) ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, matçından öncə “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçukun mətbuat konfransı keçirilib. Ukraynalı mütəxəssisin görüşlə bağlı fikri belə olub:
“MTK ilə qarşılaşmada qalib gəlmək üçün çox yaxşı oynamalıyıq. Macarıstandakı matçdan sonra rəqibi daha yaxşı tanıyırıq. Həmişə göstərdiyimiz oyun üslubunda çıxış edib, səfərdəki səhvləri təkrarlamamalıyıq. Bu matçda da hücum futbolu nümayiş etdirəcəyik.
Əlbəttə ki, böyükhesablı qələbə qazanmaq istəyərdik. Lakin MTK kimi rəqiblə görüşdə buna nail olmaq asan deyil. Futbolçularla söhbətimiz olub. Onların da oyunun məsuliyyətini dərk etdiyini görürəm. Çünki onlar də rəqibə bələddirlər və onun güclü olduğu bilir, işlərinə məsuliyyətlə yanaşırlar. Komandamızda cütün taleyinin həll olunması ilə bağlı fikir yoxdur.
Mən də, futbolçular da yalnız sabahkı matçı düşünürük. Çünki bizi çətin oyun gözləyir. Növbəti mərhələdə “Lill”lə qarşılaşa biləcəyimiz isə əlavə motivasiyadır. Çünki MTK səddini keçsələr, növbəti mərhələdə böyük komanda ilə qarşılaşacaqlar. İndiki durumda komandamdan razıyam. Hələ istədiyimiz oyunu tam nümayiş etdirməsək də, komanda bacardığını göstərir”.