- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 38
- Dekabr 05, 2025
- 0

Əfsanəvi futbolçu Ronaldinyo “Qızıl top” mərasimində iştirakına münasibət bildirib.
Allsport.az xəbər verir ki, tanınmış braziliyalı tədbirdə qonaq olub və mükafatı Osman Dembeleyə təqdim edib.
“Dəvət üçün təşkilatçılara təşəkkür edirəm! Qalibləri və nominantları təbrik edirəm. Siz futbolun bu gününü və gələcəyini təmsil edirsiniz.
PSJ-nin prezidenti Nəsir Əl-Xəlifiyə və komandanın azarkeşlərinə də təşəkkür etmək istəyirəm. Və nəhayət, keçmiş komanda yoldaşım Luis Enrikeni məşqçi kimi əla işinə görə təbrik edirəm”, – Ronaldinyo sosial şəbəkədə yazıb.