- Baxış sayı: 30
- 17 Oktyabr 2024 23:55
- Baxış sayı: 74
- Oktyabr 17, 2024
- 0
“Qarabağ”ın keçmiş futbolçusu Reynaldu əfsanəvi braziliyalı Ronaldinyu ilə bağlı xatirə bölüşüb. Allsport.az saytı xəbər verir ki, o, İnstaqram səhifəsində həmyerlisi ilə şəklini paylaşaraq yazıb:
“Ronaldinyu ilə Bakıda görüşümü yaxşı xatırlayıram. Onunla bu şəkli də o vaxt çəkmişdim. Bir az söhbət etdik. Amma nə haqda danışdığımız indi yadımda deyil. O zaman ona “Qarabağ”ın köynəyini hədiyyə etdim. Maraqlı görüş oldu”.
Xatırladaq ki, dünya çempionu “Qəbələ” futbol klubunun dəvəti ilə 2016-cı ildə ölkəmizdə olub.