- Baxış sayı: 21
- 10 Mart 2026 17:57
- Baxış sayı: 298
- Mart 05, 2026
- 0

Allsport.az xəbər verir ki, “Əl Nəsr” Rudi Qarsiyanın komandanın baş məşqçisi vəzifəsindən istefaya göndərildiyini rəsmi şəkildə açıqlayıb . Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanı təmsilçisinin ulduz futbolçusu Kriştianu Ronaldu klubun bu qərarına reaksiya verib. 38 yaşlı hücumçu Qarsiya ilə fotosunu paylaşıb və yazıb:
“Sizinlə işləmək çox xoş idi. Sizə gələcək üçün ən yaxşısını arzulayıram”.
Rudi 29 iyun 2022-ci ildə “Əl Nəsr”ə baş məşqçi təyin olunmuşdu. Qarsiyanın rəhbərliyi altında komanda Səudiyyə Ərəbistanı liqasında 23 oyunda 53 xal toplayıb və və lider “Əl İttihad”dan 3 xal geri qalır.