- Baxış sayı: 24
- 26 Noyabr 2024 18:52
- Baxış sayı: 43
- Noyabr 26, 2024
- 0
“Valyadolid”in brazilyalı prezidenti Ronaldu hakimlərdən narazıdır.
Allsport.az xəbər verir ki, onun sahibi olduğu “Valyadolid” la liqanın 34-cü turunda öz meydanında “Sevilya”ya (0:3) uduzub.
Fasilədən əvvəl “Valyadolid” hesabı açmağa müvəffəq olub. “Valyadolid”in yarımmüdafiəçisi Serxio Eskuderon qol vurub. Lakin həmin an matçın əsas hakimi Migel Anxel ilk hissənin final fitini səsləndirib. Nəticədə qol sayılmayıb.
“Baş verənlər qəbuledilməzdir! İndiyə qədər biz susub, rəsmi vasitələrdən, görüş və xahişlərdən narazılığımızı bildirməyə, ictimai nümayişdən yayınmağa çalışmışıq. Amma kifayətdir! Bu peşəkar futboldur və biz izah tələb edirik. Bu böyüklüyün səhvləri bütün mövsümün gedişatını dəyişə bilər.
Amma gəlin bir şey haqqında aydın olaq: biz həmişə mübarizə edəcəyik, çünki biz “Valyadolidik”- deyə Ronaldu sosial şəbəkədə yazıb.