- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerası ərzində 1000 qol hədəfinə çatacağına inandığını bildirib.
Allsport.az xəbər verir ki, hazırda 40 yaşlı futbolçunun aktivində 956 qol var.
Ronaldu qeyd edib ki, yalnız zədələr onun bu tarixi rekorda imza atmasına mane ola bilər: “Harada oynamağımdan asılı olmayaraq, mən həmişə kuboklar qazanmaq və hamınızın bildiyi o rəqəmə (1000 qol) çatmaq istəyirəm. Əminəm ki, zədə olmasa, buna nail olacağam”.
2023-cü ildən “Əl-Nəsr”də çıxış edən Ronaldu, karyerası ərzində “Sportinq”, “Mançester Yunayted”, “Real Madrid” və “Yuventus” klublarının da şərəfini qoruyub.