- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 264
- Mart 05, 2026
- 0

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştianu Ronaldu izləyicilərini Milad bayramı münasibətilə təbrik edib.
Allsport.az xəbər verir ki, ulduz futbolçu şaxtalı havada çəkilmiş köynəksiz şəkilini yerləşdirib və bu sözləri yazıb: “Hamınızın Milad bayramı mübarək olsun!”
Ronaldu bu mövsüm bütün turnirlərdə 19 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.