- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

Turin məhkəməsi “Yuventus”un Kriştianu Ronalduya olan 9,8 milyon avroluq borcla bağlı apellyasiya şikayətini rədd edib.
Allsport.az xəbər verir ki, məhkəmə 2024-cü ilin aprelində çıxarılan qərarı qüvvədə saxlayaraq, klubun pandemiya dövründən qalan maaş borcunu ödəməli olduğunu təsdiqləyib. Faizlər və məhkəmə xərcləri ilə birlikdə bu məbləğ təxminən 11 milyon avroya çatıb.
“Yuventus”un bu vəsaiti artıq ehtiyat büdcəsindən ödədiyi üçün qərarın klubun maliyyə balansına əlavə yük yaratmayacağı bildirilir.