Ronaldu Messini qabaqlayır

Kriştianu Ronaldu “Forbes”in tərtib etdiyi dünyanın ən çox qazanan futbolçuları siyahısına başçılıq edir.

Allsport.az xəbər verir ki, 40 yaşlı portuqaliyalının 2025/26 mövsümündə “Əl-Nəsr”dən 230 milyon dollar qazanacağı gözlənilir. Onun reklam gəliri isə 50 milyon dollar qiymətləndirilir. Bununla da Ronaldunun ümumi qazancı 280 milyon dollara çatacaq.

İkinci yerdə “İnter Mayami”nin hücumçusu Lionel Messi (130 milyon dollar), ilk üçlüyü isə “Əl-İttihad”ın hücumçusu Kərim Benzema (104 milyon dollar) tamamlayıb.

Həmin kateqoriyadan