Ronaldu yenə bunu bacardı

Səudiyyə Ərəbistanı çempionatının XI turunda “Əl-Nəsr” “Əl-Əhdud”u darmadağın edib – 3:0.

Allsport.az xəbər verir ki, oyunun əsas qəhrəmanı iki qol müəllifi olan Kriştianu Ronaldu olub.

Bu qollar sayəsində 40 yaşlı hücumçu 2025-ci təqvim ilində vurduğu qolların sayını 40-a çatdırıb. Bununla da Ronaldu karyerası ərzində 14-cü dəfə bir təqvim ilində 40 və daha çox qol vurmaqla dünya futbolunda yeni bir rekorda imza atıb.

O daha əvvəl 2010–2018, 2020–2021 və 2023–2025-ci illərdə də buna nail olub.

Həmin kateqoriyadan