- Baxış sayı: 47
- 06 Mart 2026 22:52
- Baxış sayı: 263
- Mart 05, 2026
- 0

“Əl-Nəsr”in hücumçusu Kriştianu Ronaldu Səudiyyə klubundakı gələcəyi ilə bağlı qərar verməyə tələsmir.
Allsport.az xəbər verir ki, portuqaliyalı ulduz üç variantı nəzərdən keçirir. Birinci seçim “Əl-Nəsr”lə müqaviləni yeniləmək və rəhbərlikdən heyəti ciddi şəkildə gücləndirməyi tələb etməkdir. Ronaldu Portuqaliyaya qayıtmaq imkanını da nəzərdən keçirir. O, yetirməsi olduğu “Sportinq”ə keçə bilər. 39 yaşlı futbolçunun üçüncü variantı peşəkar karyerasını bitirməkdir.
Ronaldunun “Əl-Nəsr”lə sözləşməsi yayda bitir. O, bu mövsüm ərzində 19 oyunda iştirak edib, 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.