“Ronaldunun bir sözünü heç vaxt unutmuram”

“Real Madrid”in sabiq baş məşqçisi, hazırda isə Braziliya milli komandasına rəhbərlik edən Karlo Ançelotti məşq prosesinə yanaşması və futbolçuların fiziki vəziyyəti barədə maraqlı fikir səsləndirib.

Allsport.az xəbər verir ki, kollektivdə yaratdığı müsbət psixoloji mühit və oyunçulara meydanda verdiyi yaradıcılıq azadlığı ilə tanınan italiyalı mütəxəssis, məşqlərin intensivliyinin tənzimlənməsinin vacibliyini vurğulayıb.

O, bu məsələdə Kriştianu Ronaldunun sözlərindən ilhamlandığını qeyd edib: “Məşqlərin intensivliyi? Mən Ronaldunun bir sözünü heç vaxt unutmuram: “Həddindən artıq çox su bitkini məhv edir”. Bu kəlam mənim yaddaşıma həkk olunub”.

Həmin kateqoriyadan