Rossinin qovulmasına təəccübləndi

“Atalanta”nın baş məşqçisi Can Pyero Qasperini “Roma”dan Daniele de Rossinin qovulmasına təəccübləndiyini etiraf edib. Allsport.az saytı xəbər verir ki, o, mövsümün əvvəlində “canavarlar”ın qeyri-qənaətbəxş nəticələrinə görə qovulub. İvan Juriç paytaxr klubunun yeni baş məşqçisi olub.

“De Rossinin heyətdən çıxarılması məni çox təəccübləndirdi. Bu mövsümün başlanğıcı transfer pəncərəsindən sonra baş verən əsas heyət dəyişiklikləri səbəbindən bütün menecerlər üçün çətin oldu. Əvvəllər dəfələrlə deyildiyi kimi, transfer bazarı mövsüm başlayandan sonra, heyət dəyişikliyinə icazə verir və bununla bağlı heç nə edilməyəcək”.

Həmin kateqoriyadan