- Baxış sayı: 34
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 34
- Dekabr 05, 2025
- 0

“Dalğa Arena” da milli komandaların məşq mərkəzində AFFA-nın icraiyyə komitəsinin iclasından sonra, toplantı iştirakçıları əsas meydanda milli üzvləri ilə görüşüblər. Allsport.az saytı xəbər verir ki, AFFA prezidenti Rövnəq Abdullayev çıxış edərək, Avro-2020-nin 4 oyununun Bakıda keçiriləcəyini xatırladıb, bu turnirin vacibliyini bir daha diqqətə çatdırıb.
O, Avropa çempionatının seçmə mərhələsində iyunun 8-də Macarıstan, iyunun 11-də isə Slovakiya yığması ilə oyunda millimizə uğurlar arzulayıb. Millinin kapitanı Maksim Medvedev AFFA rəhbərliyinə və icraiyyə komitəsinin üzvlərinə komanda adından təşəkkürünü bildirib.