- Baxış sayı: 55
- 03 Fevral 2026 19:20
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0
AFFA prezidenti avrokubokların yeni mövsümünün ilk püşkatmasının nəticələrinə münasibət bildirib. Allsport.az saytı xəbər verir ki, Rövnəq Abdullayev bu barədə belə deyib:
“Püşk bizim üçün uğurlu alındı. Rəqiblərimizin hamısı keçiləsi komandadır. Dörd klubumuzun hamısına uğurlar arzulayıram. Onların hamısı mərhələ keçə bilər”.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının ikinci mərhələsindən mübarizəyə başlayacaq və Lüksemburq “Düdelanj”ı ilə qarşılaşacaq. Avropa Liqasında təmsilçilərimiz – “Qəbələ” Gürcüstan “Samtredia”sı, “Neftçi” Malta “Baltsan”ı, “Kəpəz” də Moldova “Daçiya”sı ilə oynayacaqlar.