- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunun Avropa liqasının qrupuna vəsiqə qazanması ilə bağlı açıqlama verib. Allsport.az saytı xəbər verir ki, komandamızın ardıcıl 6-cı dəfə həlledici mərhələyə adlamasını böyük uğur sayıb:
“Avropanın ikinci ən nüfuzlu klub turnirinin qrup mərhələsinə növbəti dəfə yüksəlməsi münasibətilə “Qarabağ” klubunun bütün kollektivini təbrik edirəm. Ardıcıl 6-cı dəfədir ki – bunlardan biri çempionlar liqası olmaqla – avrokuboklarda qrupa vəsiqə qazanmaq vəzifəsinin öhdəsindən gələn “Qarabağ” azarkeşlərinə, ölkəmizin futbol ictimaiyyətinə böyük sevinc hissləri yaşadır. İllər öncə “Neftçi”nin Avropa liqasının qrup mərhələsində çıxış etməsi, sonra “Qəbələ” klubunun eyni nəticəyə iki dəfə imza atması və təbii ki, “Qarabağ”ın ardıcıl uğurları Azərbaycan futbolunda stabilliyin göstəriciləridir.
Klublarımızın dəfələrlə Avropa liqasının qrupuna vəsiqə qazanması bu turniri bizim üçün sanki doğmalaşdırıb. Üstəlik, bu il Avropa liqasının final oyununun Bakı olimpiya stadionunda keçirilməsi ilə Azərbaycan futbol ailəsi olaraq təşkilati baxımdan turnirin tarixində özünəməxsus mövqe tutmağı bacarmışıq. Artıq qrup mərhələsinin püşkü atılıb. “Qarabağ” “A” qrupunda “Sevilya”, APOEL və “Düdelanj” komandaları ilə mübarizə aparacaq. İspaniya, Kipr və Lüksemburq təmsilçilərinə qarşı oyunlarda komandamızın uğurlu çıxış edəcəyinə inanırıq. “Qarabağ”a qrup mərhələsində uğurlar və idman xoşbəxtliyi, mövsümün qarşıdakı hissəsində Avropa liqasında 6 deyil, daha çox oyun keçirməsini arzulayıram”.