- Baxış sayı: 31
- 15 Mart 2026 18:49
- Baxış sayı: 294
- Mart 16, 2026
- 0
Milli komandanın ağırlıqqaldıranı Rövşən Fətullayev (94 kq) bir müddət öncə çiynindən əməliyyat olunub. Bu barədə xəbəri allsport.az saytına idmançının özü deyib. O, bildirib ki, hazırda yüngül məşqlərlə kifayətlənir:
«İndi müalicə alıram. Hələlik yüngül çalışmalar edirəm. Mütəxəssislərin rəyinə görə, əsas məşqlərə iyunda başlaycağam. İnşallah, bu ilki dünya çempionatında mübarizə aparmağı planlaşdırıram».