Rövşən Nəcəf və Könül Mehdiyeva FİFA-nın daimi komitələrinə üzv seçiliblər

FIİFA-nın 74-cü konqresində təsdiqlənmiş dəyişikliklərə əsasən, ali futbol qurumunun daimi komitələrinin yenidən qurulması qərara alınıb. 

Allsport.az xəbər verir ki, bu addımın məqsədi FİFA-nın qlobal miqyasda artan fəaliyyət və məsuliyyət səviyyəsini nəzərə alaraq, daha çox üzv-assosiasiyanın qərar qəbuletmə proseslərində iştirakını təmin etməkdir.

Bu prosesin nəticəsi olaraq, FİFA şurasının keçirilmiş son iclasında 2025-2029-cu illər dövrü üçün FİFA-nın daimi komitələrinin sədrləri, sədr müavinləri və üzvləri təyin edilib.

FİFA şurasının qəbul etdiyi qərara əsasən, AFFA-nın prezidenti Rövşən Nəcəf 2025-2029-cu illər dövrü üçün FİFA-nın kommersiya və marketinq üzrə məsləhət komitəsinin üzvü təyin olunub.

Eyni zamanda, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva qadın futbolunun inkişafı komitəsinin üzvü seçilib.

Yeni təyinatlar FİFA-nın yenilənmiş idarəetmə modelinin tərkib hissəsi kimi, beynəlxalq futbol idarəçiliyində daha geniş iştirakçılıq və gender balansının təmin edilməsinə yönəlib.

Həmin kateqoriyadan