Roys Greysinin ardından, Mayk Tayson da Azərbaycana səfər edəcək

“Godzilla” promoşn qrupunun dəvəti ilə Azərbaycana gələn tanınmış düyüşçü Roys Greysi mətbuat konfransı keçirib. Allsport.az saytı xəbər verir ki, jurnalistlərlə görüşən UFC-nin canlı əfsanəsi, ölkəmiz haqqında geniş məlumata malik olmadığını bildirib. Amma burada idmana dövlət səviyyəsində diqqətin olmasından xəbərdar olduğunu deyən braziliyalı, gələcəkdə Bakıda öz akademiyasının nümayəndəliyini açmaq barədə düşündüyünü deyib.

Medianın suallarına cavab verən “Godzilla” promoşn qrupunun rəhbəri Emil Əmiraslanov Roys Qreysinin səfəri ilə bağlı danışıqların iki ay davam etdiyini söyləyib: “Onun braziliya ciu-citsu üzrə akademiyası fəaliyyət göstərir. Biz hazırda Bakıda həmin akademiyanın filialını açmaq barədə müzakirələr aparırıq. Üstəlik Roysun dəstəyilə “Belator” yarışını ölkəmizə gətirmək istəyirik. Nüfuzlu yarışın bir mərhələsinin Bakıda keçilmə ehtimalı var”.

Emil Əmiraslanov payızda Bakıya daha bir məşhur idmançının gələcəyini açıqlayıb. Danışıqlar müsbət yekunlaşacağı halda peşəkar boksгт WBF, WBC və İBF versiyaları üzrə çempion Mayk Tayson iki günlük Azərbaycana səfər edəcək.

Həmin kateqoriyadan