- Baxış sayı: 43
- 06 Mart 2026 22:52
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

“Real Madrid”in müdafiəçisi Antonio Rüdigerin gələcəyi qeyri-müəyyəndir.
Allsport.az xəbər verir ki, müqaviləsi 2026-cı ildə başa çatan 32 yaşlı almaniyalı futbolçu ilə bir neçə iddialı klub maraqlanır.
Əsas namizədlər arasında müdafiəçinin keçmiş klubu “Çelsi” və PSJ klubu yer alıb. Eyni zamanda, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Hilal” klubları Rüdigerə böyük maliyyə təklifləri hazırlayır. Madrid təmsilçisi hələlik yeni müqavilə ilə bağlı qəti addım atmayıb.