- Baxış sayı: 33
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 50
- Dekabr 05, 2025
- 0

“Real Madrid”in müdafiəçisi Antonio Rüdiger “Barselona”nın hücumçusu Lamin Yamal haqda danışıb.
Allsport.az xəbər verir ki, almaniyalı futbolçu Yamala heyran olduğunu gizlətməyib: “Laminin etdikləri sadəcə inanılmazdır! O, 17 yaşında “Barselona”da oynayır və Avropa çempionatında etdikləri möhtəşəm idi. Onu parlaq gələcək gözləyir. Ümid edirəm ki, o, zədələrdən uzaq olacaq.”
Qeуd edək ki, Yamal cari mövsüm 10 oyun keçirib, 5 qol vurub və 5 məhsuldar ötürmə verib.