Rumıniya futbolunun əfsanəsi vəfat etdi

Rumıniya milli komandasının və “Styaua” nın keçmiş baş məşqçisi, 1986-cı ildə komandanı ilk Şərqi Avropa kuboku tituluna aparan Emerik Eney 88 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, bu barədə “Bihor” klubunun mətbuat xidməti məlumat yayıb.

Eney Rumıniyanın UTA (Arad), “Styaua” və Türkiyənin “Kayseri Ərciyesspor” klublarında oynayıb. Buxarest komandası ilə üç dəfə Rumıniya çempionluğunu qazanıb. Məşqçi kimi Rumıniyanın “Styaua”, “Tarqoviste” və “Universitat” klublarına, Yunanıstanın “Panionios” komandasına, Rumıniya və Macarıstan milli komandalarına rəhbərlik edib. Məşqçilik karyerasından sonra “Bihor”un prezidenti vəzifəsində çalışıb və eyni zamanda Rumıniya futbol federasiyasında da işləyib.

Həmin kateqoriyadan