Runinin vurduğu qol qədər

Norveç millisinin hücumçusu Erlinq Holand DÇ-2026-nın seçmə mərhələsinin 9-cu turunda Estoniya ilə matçda (4:1) dubl edib.

Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu 56-cı və 62-ci dəqiqələrdə fərqlənib.

Bu dublla Holandın milli komandanın heyətindəki karyerası ərzində vurduğu qolların sayı 53-ə çatıb.

Maraqlıdır ki, bu, İngiltərə millisinin bombardirləri arasında Harri Keyndən (76 qol) sonra ikinci yerdə olan Ueyn Runinin (53 qol) karyerası boyu İngiltərə yığmasında vurduğu qolların sayına bərabərdir.

Ümumilikdə, Holandın bu mövsüm milli komandanın və “Mançester Siti”nin heyətində bütün turnirlərdə vurduğu qolların sayı 30-a çatıb.

Həmin kateqoriyadan