- Baxış sayı: 138
- 04 Dekabr 2025 23:43
- Baxış sayı: 79
- Dekabr 05, 2025
- 0

İyunun 21-də Bakıda ilk dəfə UFC turniri keçiriləcək. Allsport.az xəbər verir ki, gecənin əsas hadisəsi döyüşü orta ağır çəkidə olacaq – Camal Hill və Xəlil Raunti qarşılaşacaq.
Gözlər həm də Dərya Jeleznyakovanın üzərində olacaq. O, yarımillik fasilədən sonra yenidən oktagona qayıdır. Rəqibi — britaniyalı Melisa Mallins.
Jeleznyakova təcrübəli idmançıdır. O, pankration üzrə dünya çempionu, kikboksinq üzrə Rusiya çempionudur. 2019-cu ildən MMA-da çıxış edir və 7 qələbə ilə özünü sübut edib. UFC-də debütü 2024-cü ilin martında qələbə ilə baş tutdu, lakin sentyabrda Aylin Peresə məğlub oldu. Rəqibi onu məğlub etdikdən sonra onun başı üzərində “tverk” rəqsi etdi.
Bu döyüş Darya üçün çox vacibdir — həm əvvəlki məğlubiyyətə cavab vermək, həm də UFC-də qalmağa layiq olduğunu sübut etmək üçün fürsətdir.
2022-ci ildə Melisa Mallins Daryanı məğlub etmişdi. İndi isə cavab döyüşü baş tutacaq.
