- Baxış sayı: 18
- 21 Yanvar 2026 10:33
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

“Orenburq” Eldar Əhmədzyanovun komandanın yeni baş məşqçisi təyin olunduğunu açıqlayıb.
Allsport.az xəbər verir ki, bir gün əvvəl 41 yaşlı Əhmədzyanov 2020-ci ildən çalışdırdığı KAMAZ-dan ayrılıb.
“Orenburq”un baş məşqçisi vəzifəsi Vladimir Slişkoviçin istefaya göndərilməsi ilə oktyabrın 5-də boş qalmışdı.
Komanda hazırda 11 oyunda 7 xalla RPL cədvəlində 14-cü yerdədir.