Milli komandaya yeni gələn cazibədar xizəkçi – FOTO

19 yaşlı Rusiya xizəkçisi Arina Roşina 2025/26 mövsümündə gənclər yığmasına qoşulub.

Allsport.az xəbər verir ki, o, ötən mövsümdə ölkə kubokunun Kirovo-Çepetsk mərhələsində sprintdə mükafat qazanıb, həmyaşıdları arasında qısa məsafədə qızıl medal əldə edib. Əsasən sprintdə ixtisaslaşsa da, yeni mövsümdə məsafə qaçışlarını da inkişaf etdirmək niyyətindədir.

Vıksada böyüyən Roşina yerli xizək idmanı şəraitinin zəif olduğunu, buna baxmayaraq ailəsinin dəstəyi ilə uğur qazandığını deyir. Atası, anası və bacıları da xizəkçi olub. Əvvəllər rəqs və gimnastika ilə maraqlansa da, mənfi təcrübədən sonra xizəklərə yönəlib.

Yeni mövsümdə Andrey Nutrixinin qrupunda çıxış edəcək idmançı klassik üslubu gücləndirmək və gələcəkdə Olimpiya oyunlarına düşmək istəyir. Yarışlarda isə özünü tam sərbəst hiss etdiyini bildirir.

Həmin kateqoriyadan