- Baxış sayı: 33
- 24 Noyabr 2024 12:59
- Baxış sayı: 99
- Noyabr 21, 2024
- 0
Rusiyanın Qorki şəhərində doğulan, 14 yaşında ailəsi ilə Argentinaya köçən və hazırda İrlandiyada yaşayan MMA-çı Artyom Lobov ötən ilin ən çox müzakirə edilən Konor Makqreqor – Həbib Nurməhəmmədov arasında döyüşdən danışıb. Allsport.az saytı xəbər verir ki, o, əvəz görüşündə britaniyalı həmyerlisinin qalib gələcətini düşünür:
“Məncə, revanşda ayrı cür olacaq. Sadəcə, düzgün hazırlıq lazımdır. Konorun MMA ilə 2-illik adi müqaviləsi vardı və son döyüş (Həbibdən öncə) – ümumiyyətlə boks oldu. Heç bir hazırlıqsız. O, ticarətlə çox məşğul oldu. Bir insanın inkişaf etdirilməli olan viski istehsalı üçün öz şirkəti varsa, məşq etmək asan deyil. Yeri gəlmişkən, şirkət artıq bir milyard dollar dəyərində qiymətləndirilir.
Bir tərəfdən – viski, digər tərəfdən – bir paltar xətti, üstəgəl ailə, uşaqlar, hazırlaşmaq lazımdır. O həmin zaman Həbibi ciddiyə almardı. Hər şey düzəltmək üçün, 6 ay ərzində dayanmadan məşq etmək lazımdır. Diazla döyüş Həbiblə öncə yaxşı sınaqdır. Bəli, ilk döyüşdə belə Konor Həbibin 3-cü raundda dayandıra bildi. Döyüşçülərdən kim bunu edə bilər? Məncə, hazırlıq düzgün olarsa, onun qələbəsinə inanıram”.