- Baxış sayı: 221
- 18 Dekabr 2025 20:12

- Baxış sayı: 166
- Dekabr 19, 2025
- 0


Azərbaycanlı atıcı Ruslan Lunev Avropa çempionatında 25 metr məsafəyə mərkəzi hədəfə atəş yarışında yüksək nəticə göstərərək gümüş medalın sahibi olub.
Allsport.az xəbər verir ki, yarışın 6 raundu üzrə Lunev ümumilikdə 583 xal və 26 daxili onluq (hədəfin mərkəzinə ən yaxın dəqiq atışlar) toplayıb. Bu nəticə ilə o, yalnız Ukrayna təmsilçisi Pavlo Korostylovdan geri qalıb. Hər iki idmançı eyni xal toplasa da, sonuncu seriyada göstərilən üstünlük qızıl medalın taleyini müəyyənləşdirib.