- Baxış sayı: 41
- 20 Mart 2026 21:23
- Baxış sayı: 181
- Mart 19, 2026
- 0
“Azərbaycana ilk medalı qazandırdığım üçün çox xoşbəxtəm. Mənə dəstək olan hər kəsə təşəkkürümü bildirirəm”. Allsport.az saytı xəbər verir ki, bu sözü Rio-2016-da gümüş medal qazanan cüdoçu Rüstəm Orucov deyib. O, finaldakı rəqibinin güclü olduğunu bildirib:
“Azərbaycanın üçrəngli bayrağının Braziliyada dalğalanması həqiqətən qürurverici idi. Olimpiadaya hazırlaşarkən, yaponiyalı idmançının finala çıxacağını güman edirdim. Ona uyğun texnika üzərində işlədik. O da öz üzərində hazırlaşdığı üçün, görüşdə üstünlüyə sahib oldu”.