- Baxış sayı: 41
- 20 Mart 2026 21:23
- Baxış sayı: 184
- Mart 19, 2026
- 0

“Komanda yarışı gərgin keçdi. Bütün rəqiblər bizə ciddi müqavimət göstərdi. Buna rəğmən, sonda qalib olmağı bacardıq”. Allsport.az saytı xəbər verir ki, bunu İslam oyunlarında komanda yarışında 1-ci yer qazanan millimizin üzvü Rüstəm Orucov dedi.
Rio-2016-nın gümüş mükafatçısının sözünə görə, Əlcəzairlə həlledici görüşdə məğlub olması durumu çətinləşdirsə də, yığmada yoldaşı onu yenilgisinin əvəzini çıxdı:
“Əlcəzair millisi final görüşümüz çox gərgin keçdi. Uduzdum, hesab 2:2 oldu. Sevindiricidir ki, komanda yoldaşım Uşanqi Kokauri qalib gələrək məni sığortaladı”.