- Baxış sayı: 101
- 20 Noyabr 2025 19:37
- Baxış sayı: 148
- Dekabr 04, 2025
- 0

İsrailin Eylat şəhərində yeniyetmə ağırlıqqaldıranların qitə birinciliyi davam edir.
Allsport.az xəbər verir ki, yaşı 17-yə qədər olan atletlərdə 67 kq çəki dərəcəsində iki atletimiz – Rüstəm Qasımov və Ömər Cavadov qüvvəsini sınayıb.
Adı 2-ci çəkilən idmançı toplam 249 kq (119+130) nəticə ilə yekun sıralamada 8-ci yeri tutub.
Rüstəm Qasımov birdən 116 kq nəticə ilə 6-cı olsa da, təkanla daha uğurlu çıxış edib. O, 144 kq-ıram edərək bu hərəkətdə Avropa birinciliyinin bürünc medalına sahib çıxdı.
Toplam 260 kq (116+144) nəticə ilə atletimiz yekun sıralamada 5-ci pillədə qərarlaşdı.