Rüstəm Qasımov: Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxışıma mane oldu

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranların dünya birinciliyində Rüstəm Qasımov (67 kq) birdən qaldırmada 121 kq nəticə ilə “kiçik bürünc” medal qazanıb. Allsport.az saytı xəbər verir ki, yarışdan sonra idmançımız aaaf.az-a açıqlamasında bunu deyib:

“Yaxşı yarış oldu, mən də yaxşı çıxış etdim. Başda Asif Məmmədov olmaqla milli komandanın məşqçilərinə, həmçinin şəxsi məşqçim Taleh Hüseynova, həkimimizə, rəhbərliyə, bir sözlə əməyi olam hər kəsə əziyyətlərinə görə çox təşəkkür edirəm. Medal qazanmağım çox yaxşı oldu.

Qolumdakı zədəm təkanla qaldırmada daha yaxşı çıxış edib həm o hərəkətdə, həm toplamda medal əldə etməyimə mane oldu. Buna baxmayaraq, sona qədər mübarizə apardım, rəqabətdən çəkinmədim. Bura gələndə qabağıma medal qazanmaq məqsədi qoymuşdum. Şükürlər olsun ki, istəyinə nail ola bildim”.

Həmin kateqoriyadan