- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

FİFA qarşıdan gələn dünya çempionatı 2026-nın qrup mərhələsinin püşkatımı üçün dörd səbətin iştirakçılarını elan edib.
Allsport.az xəbər verir ki, mundialın püşkatma mərasimi dekabrın 5-də keçiriləcək.
Təyin olunmuş səbətlərin tərkibi aşağıdakı kimidir:
| Səbət | İştirakçılar |
| Səbət 1 | Kanada, Meksika, ABŞ, İspaniya, Argentina, Fransa, İngiltərə, Braziliya, Portuqaliya, Niderland, Belçika, Almaniya. |
| Səbət 2 | Xorvatiya, Mərakeş, Kolumbiya, Uruqvay, İsveçrə, Yaponiya, Seneqal, İran, Cənubi Koreya, Ekvador, Avstriya, Avstraliya. |
| Səbət 3 | Norveç, Panama, Misir, Əlcəzair, Şotlandiya, Paraqvay, Tunis, Fil Dişi Sahili, Özbəkistan, Qətər, Səudiyyə Ərəbistanı, Cənubi Afrika. |
| Səbət 4 | İordaniya, Kabo-Verde, Qana, Kürasao, Haiti, Yeni Zelandiya, Avropa pley-off matçlarının qalibləri (4 komanda) və FİFA pley-off matçlarının qalibləri (2 komanda). |