- Baxış sayı: 1716
- 09 İyun 2017 11:22
- Baxış sayı: 178
- Dekabr 18, 2024
- 0
Səbail rayonunda “Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi müddətində qarşıda duran ümumi vəzifələr” mövzusunda rayon müşavirəsi keçirilib. Allsport.az xəbər verir ki, müşavirəni açan Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi müddətində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi ilə yerli icra hakimiyyəti və özünüidarəetmə orqanları, eləcə də digər rayon təşkilatlarının birgə fəaliyyət istiqamətləri haqqında məlumat verib.
Əsgərov 2015-ci ildə Bakı şəhərində keçiriləcək I Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlər üzrə Səbail rayonu ərazisində bir sıra tədbirlərin həyata keçirilməsi istiqamətində işlərin davam etdirildiyini nəzərə çatdırıb.
İcra başçısı rayondakı əsas prospekt və küçələr boyu ərazilərdə geniş abadlıq və quruculuq işlərinin aparılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini, həmçinin yaşıllıqların salınması və sanitariya–təmizlik işlərinin görüldüyünü, təmir-abadlıq işlərinə may ayının sonunda yekun vurulacağını bildirib.
Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “Bakı-2015” birinci Avropa Oyunlarının keçirilməsi qaydaları və təşkilati məsələlərlə bağlı məlumat verərək, bütün məsul təşkilatların üzərinə düşən vəzifələrin mükəmməl yerinə yetirilməsi üçün məsuliyyətin daha da artırılmasının zəruriliyini qeyd edib.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi təhlükəsizlik departamentinin təhlükəsizlik əməliyyatları üzrə obyektlərin qrup meneceri Karin Halida Avropa Oyunlarına hazırlıq və yarışların keçirilməsi müddətində idmançıların və digər xarici qonaqların təhlükəsizliyinin təmini istiqamətində aparılacaq əməliyyatlar haqda məlumat verib.
Səbail Rayon Polis İdarəsinin rəisi İlqar Mahmudov, Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mənsur Piriyev və başqaları Oyunlara hazırlıqla bağlı görülən işlərdən danışıblar.