- Baxış sayı: 41
- 05 Dekabr 2025 23:20
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

“Səbail” klubunun əsas komandasının məşqçi və futbolçu heyəti üçün seminar keçirilib.
Allsport.az xəbər verir ki, tədbir AFFA-nın hakimlər komitəsinin mütəxəssisi Orxan Məmmədovun iştirakı ilə “ASCO arena”nın inzibati binasında baş tutub. Seminarda komanda üzvlərinə hakim idarəçiliyi zamanı tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib, maarifləndirici videolar təqdim olunub.