- Baxış sayı: 41
- 20 Yanvar 2026 20:43
- Baxış sayı: 55
- Yanvar 20, 2026
- 0

Bu gün I liqada 5-ci tur start götürüb.
Allsport.az xəbər verir ki, turun ilk qarşılaşması “ASCO Arena”da “Səbail” ilə “Zaqatala” kollektivləri arasında baş tutub.
Elvin Məmmədovun rəhbərlik etdiyi komanda Kamran Quliyevin 84-cü dəqiqədə vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.
“Dənizçilər” 5 turdan sonra 4 qələbə və 1 heç-heçəlik nəticə ilə aktivinə 13 xal yazdırıb. Komanda 6-cı turda liqadakı əsas rəqibi olan “Şəfa”nın qonağı olacaq. Oktyabrın 23-də Binə qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.