- Baxış sayı: 180
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 180
- Dekabr 05, 2025
- 0

“Səbail” premyer liqada 100-cü oyununu keçirib. Allsport.az xəbər verir ki, yubiley XXIV turun “Keşlə” ilə matçına təsadüf edib.
Aftandil Hacıyevin yetirmələri səfər matçında 0:1 hesabı ilə uduzub. Bu, 2017/18 mövsümündən premyer liqada çıxış edən “Səbail”in 100-cü matçda aldığı 49-cu məğlubiyyət olub. Komandanın aktivində 27 qələbə və 24 heç-heçə var. 83 qol vuran paytaxt təmsilçisi 141 top buraxıb.
“Səbail”in ilk oyunu 2017-ci il avqustun 13-nə təsadüf edib. “Zirə”nin qonağı olan komanda 1:2 hesabı ilə uduzub.