- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0

“Səbail” klubunun futbolçusu Maykl Essyen “playstation”da yeni istifadəyə veriləcək FİFA-2020-də yer alacaq. Allsport.az saytı xəbər verir ki, qanalı ulduz “EA SPORTS FIFA 2020”-nin əfsanələri siyahısına əlavə olunub.
Dünyaca məşhur yarımmüdafiəçi karyerasında Fransanın “Bastiya”, “Lion”, İngiltərənin “Çelsi”, İspaniyanın “Real”, İtaliyanın “Milan”, Yunanıstanın “Panatinaikos” və İndoneziyanın “Persib Bandunq” klublarında çıxış edib. O bu ilin martında “Səbail” ilə 1,5 illik anlaşıb.