- Baxış sayı: 31
- 31 Mart 2026 19:37
- Baxış sayı: 735
- Mart 30, 2026
- 0
Premyer liqasının 5-ci turu “Səbail”in futbolçusu Adil Nağıyev üçün yubileylə əlamətdar olub. Allsport.az saytı xəbər verir ki, müdafiəçi ölkə çempionatlarında 100-cü oyununu keçirib. Bu, “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.
1:1 hesabı ilə nəticələnən matç Adilin mövsümdə 5-ci, premyer liqada 100-cü oyunu olub. Debütü 2015/16 mövsümünə təsadüf edən futbolçu bu müddətdə 3 qol vurub. 3 klubda çıxış edən Nağıyev ilk komandası olan “Zirə”də 83 (3 qol), “Sumqayıt”da 12, “Səbail”də 5 matça çıxıb.