- Baxış sayı: 21
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 115
- Noyabr 28, 2024
- 0
Tiflisdə toplanışda olan “Sabah”, dünən ilk yoxlama oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, komandamız “Zestafoni” təlim-məşq bazasının meydançasında “Şukura”nı (Kobuleti) 1:0 üstələyib. Görüşdən sonra baş məşqçimiz Ramin Quliyev bunu deyib:
“Növbəti mövsümə hazırlığın ilk mərhələsini Bakıda keçdik. İyulun 15-dən Tiflisdə təlim-məşq toplanışındayıq. Hazırlığın ilk mərhələsində daha çox oyunçuların fiziki hazırlığının yaxşılaşdırılması istiqamətində çalışdıq. Tiflis toplanışında isə fiziki hazırlıqla yanaşı, taktiki məşqlərə də üstünlük verir və yeni futbolçuları komandanın oyun üslubuna uğunlaşdırmağa çalışırıq.
Burda 4 oyun keçirməyi nəzərdə tutmuşuq. Artıq bu oyunlardan biri, “Şukura” ilə matç geridə qaldı. Oyun baxımından xeyli artırmalı olduğumuz komponentlər var. Bundan əlavə, deyə bilərəm ki, hələ komandanın tam formalaşmasını başa vurmamışıq.
Qeyd edim ki, bu toplanışa xeyli gənc futbolçunu da cəlb etmişik. Bu, onlar üçün özlərini yaxşı tərəfdən göstərib, əsas komandanın daimi üzvünə çevrilmək baxımından yaxşı şansdır. Hələ ki, çempionat başlayana qədər vaxtımız var. Bu vaxtdan səmərəli istifadə edib, həm öz oyunumuzu təkmilləşdirməyə, həm də səhvlər üzərində işləməyə davam edəcəyik”.
“Sabah” növbəti oyununu iyulun 23-də yerli “Samqurali” klubuna qarşı keçirəcək.