“Səhvləri aradan qaldıra bilsək, qələbələrə yaxın olarıq”

Azərbaycan premyer liqasının X turunda “Sumqayıt” – “Araz-Naxçıvan” (3:2) oyunundan sonra qonaqların baş məşqçi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, mütəxəssis matçın maraqlı keçdiyini bildirib:

“Hər iki komanda müdafiədən yox, hücumda oynamağa üstünlük verdi. Ağır məğlubiyyət oldu. Komanda olaraq bu yenilgidən düzgün nəticə çıxarsaq, qarşıdakı oyunlarda faydasını görəcəyik. Oyunu rahat da başa vura bilərdik. Ancaq səhvlərimiz üzündən yenildik.

Futbol səhvlər oyunudur. Səhvləri aradan qaldıra bilsək, qələbələrə yaxın olarıq. Məğlubiyyətə görə sırf müdafiəçiləri günahlandırmaq istəmirəm. Fərdi səhvlərə çox yol verdik. Onları aradan qaldırmalıyıq ki, üstün olduğumuz oyunu məğlub başa vurmayaq”.

Həmin kateqoriyadan