- Baxış sayı: 119
- 19 Noyabr 2024 22:39
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
“15-ci Avropa gənclərinin olimpiya festivalına geriyə sayım başlayıb. Artıq festivalın başlanmasına 150 gün qalıb. Bu münasibətlə yarışın talismanları “Cırtdan” və “Bəbir”i, eləcə də festivalın “Zirvələrə hazırıq” şüarı ictimaiyyətə təqdim etdik”. Allsport.az saytı xəbər verir ki, bu sözü gənclər və idman nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Azərtac-a müsahibəsində deyib.
Bu tədbirin gənc idmançıların formalaşmasında mühüm rol oynayacağını bildirən dövlət rəsmisi, festivalın iyulun 20-də start götürəcəti və 1 gün sonra “Baku Crystal Hall”da açılışın olacağını söyləyib: “Bir müddət əvvəl Avropa Olimpiya Komitəsinin koordinasiya komissiyasının üzvləri və texniki heyəti artıq festivala hazırlıq işləri ilə əlaqədar bir neçə dəfə Bakıda olub, təşkilat komitəsinin gördüyü işləri, yarışların cədvəlini, Atletlər kəndindəki vəziyyəti, könüllülərin yarış proqramını, nəqliyyat, təhlükəsizlik və digər mühüm məsələləri müzakirə ediblər. Avropa Olimpiya Komitəsinin nümayəndələri hazırlıq işlərini yüksək qiymətləndiriblər.
Gələn il Tokioda Yay olimpiya oyunları keçiriləcək. Bu baxımdan iyulda baş tutacaq Avropa gənclər olimpiya festivalı yarışda iştirak edən idmançılar, xüsusilə milli atletlərimiz üçün əsl sınaq rolunu oynayır. Son illər Azərbaycanda beynəlxalq miqyaslı tədbirlərin uğurlu təşkili Avropa Gənclər Olimpiya Festivalının da yüksək səviyyədə keçiriləcəyini demək üçün qəti əminlik yaradır”.